Bakıda Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi keçirilir

Azərbaycanın paytaxtı Bakıda 13-cü Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi başladı.

359618
Bakıda Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi keçirilir

Konqres Türk Dünyasında mədəniyyət, iqtisadiyyat, siyasət kimi sahələrdə əməkdaşlığın artırılması məqsədi güdür.

Türk Dünyası Araşdırmalar Vəqfinin fərqli təhsil qurumları ilə birgə təşkil etdiyi konqresdə Türk Dünyasında həyata keçirilə elmi, iqtisadi və mədəni əməkdaşlıq məsələləri müzakirə olunur.

12 ölkədən 250 alimin iştirak etdiyi konqresdə 30 müxtəlif mövzuda 250 məruzə təqdim olunacaq.

Konqres 30 Oktyabra qədər davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr