İspaniyada seçki ilǝ bağlı hazırlıq işlǝrinǝ başlanır

İsbaniyanın baş naziri Mariano Rajoy dekabrın 20-də keçiriləcək seçki prosesinə hazırlıq işlərinə başlanması ilə bağlı qərar verib.

358939
İspaniyada seçki ilǝ bağlı hazırlıq işlǝrinǝ başlanır

İsbaniyanın baş naziri Mariano Rajoy dekabrın 20-də keçiriləcək seçki prosesinə hazırlıq işlərinə başlanması ilə bağlı qərar verib.
Baş nazir Rajoy məclisin buraxılması qərarından sonra hökumətin ötən 4 illik fəaliyyəti dövründə gördüyü işlərlə bağlı mətbuat konfransı keçirib. Rajoy son 4 ildə iqtisadi böhran, korrupsiya və Kataloniyadakı müstəqillik əldə edilməsi cəhdlərilǝ mübarizǝnin ǝn çǝtin anlarından olduğunu söyləyib.
Məslis buraxılsa da, Kataloniyanın yalnız müstəqillik elanına qarşı qanuni bütün mexanizmlərin fəal şəkildə əldə tutulacağını açıqlayan Rajoy bildirib ki, bütün bunları qabaqcadan görmək məcburiyyətindədir. Bunu da baş nazir kimi vəzifəsinin olması ilə izah edib.
Digər tərəfdən sentyabrın 27-də muxtariyyata seçkilərdən sonra açılan Kataloniya məclisində müstəqillik tərəfdarlarından olan Came Forcadell məclis sədri seçilib.
İspanyada dekabrın 20-də keçiriləcək ümumi səsvermədən sonra parlament yeni üzvləri ilə yanvarın 13-dən fəaliyyətə başlayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr