İsveç şokda

İsveçdə məktəblərin birinə qılıncla hücum zamanı bir müəllim və şagird ölüb.

357653
İsveç şokda

İsveçdə məktəblərin birinə qılıncla hücum zamanı bir müəllim və şagird ölüb.
İsveçin Göteburq şəhəri yaxınlığındakı məktəbə hücum edən şəxsin qara geyimli, maskalı, təxminən 21 yaşlarında bir gənc olduğu bildirilir.

Canini Star Vars yəni "Ulduz Savaşları" filmindən olan bir xarakterin kostyumu ilə görənlər cadugər bayramı zarafatı zənn ediliblər və onunla şəkil belə çəkdiriblər.
Əvvəlcə kafeyə girərək müəllimi bıcaqlayan çani sonra 2 sinifin qapısını döyüb, qapını açanlara qılıncla hücum edib.
Bir müəllim hadisə yerində, bir şagird isə aparıldığı xəstəxanada dünyasını dəyişib.
Eyni zamanda hücum zamanı bir müəllim və 2 şagird yaralanıb.
Polis tərəfindən güllə yarası alan cani xəstəxanada ölüb.
Polis cinayətkarın evində apardığı yoxlama zamanı maraqlı əşyalar tapdığını bildirib, lakin bununla bağlı məlumat verməyib.
İsveç mətbuatı həmin şəxsin əvvəllər mühakimə edilmədiyini, lakin iqrçi olduğunu yazıb.
Bildirilir ki, hücum təkil edilən məktəbdə təhsil alan 6-15 yaş arasında olan 400 şagirdin bir çoxu miqrantlardır.
Daha sonra hadisə mahalına gələn İsveç Baş naziri Stefan Löfven həyatını itirənlərin ailələrinə başsağlığı verib.Qəliam qarşısında söylənəcək söz tapa bilmədiyini ifadə edən Löfven hücumu pisləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr