Yunanstana gedən qaçqınların sayı artır

Egey dənizdən keçib Yunanstana gedən qaçqınların sayı artır.

394691
Yunanstana gedən qaçqınların sayı artır

Yunanıstanın Midilli adasına çatmağa çalışan qaçqınlar soyuqlar düşənə qədər Avropada olmaq istəyirlər.
Beynəlxalq Miqrasiya Təşkilatı Yunanıstan adalarına çatan qaçqınların sayının son həftələrdə gündə 4 min 500-dən 7 minə çatdığını açıqlayıb.
BMT-nin Miqrasiya üzrə ali komissarı António Giteres qış aylarına görə xəbərdarlıq edib.
Hava şəraiti pisləşəndə qaçqınların düşərgələrdə və yollarda vəziyyətləri heç də yaxşı olmayacaq.
Beynəlxalq Səhiyyə Təşkilatının qaçqınları qəbul edən ölkələrə dəstək verməyin vacibliyini önə çəkib.
Avropa Birliyinə üzv ölkələr arasında qaçqınların paylanması ilə bağlı planın təsdiqlənməsindən sonra İtaliya və Yunanistanda olan 120 min qaçqın digər Avropa ölkələrinə göndərilib.
Razılaşmanın nəticəsi olaraq Eritreli 19 qaçqın İtaliyadan İsveçə getmək üçün yola çıxıb.
Bu il əksəriyyəti suriyalılardan olan 482 min qaçqın Avropaya gedib.
3 min nəfər isə yollarda fərqli səbəblərdən dünyalarını dəyişiblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr