Qəzza su böhranı təhlükəsi ilə üz-üzədir

Illərdir insanlıq faciəsinə səhnə olan Qəzzada indi də su böhranı yaşana bilər.

356257
Qəzza  su böhranı təhlükəsi ilə üz-üzədir

Fələstin Su İdarəsinin Müdiri Qanim "su təmizləyici kompleks" layihəsinin tezliklə həyata keçirilmədiyi təqdirdə Qəzzada yaxın zamanlarda indiyədək görülməmiş su böhranı olacağını söylədi.

Qanim Qəzzanın il ərzində 45 milyon kubmetr suya ehtiyacı olduğunu açıqladı.

Fələstin Su İdarəsinin keçən ay təklif etdiyi ümumi dəyəri 500 milyon dollar olan "su təmizləyici kompleks" layihəsinə diqqət çəkən Qanim: "Bu layihə tezliklə həyata keçirilməlidir" dedi.

Fələstin Dövlət Başçısı Mahmud Abbasın layihənin həyata keçirilməsi üçün lazımi maliyyələşdirmənin təmin olunması məsələsi ilə əlaqədar beynəlxalq qurumlarla danışıqlar apardığını qeyd edən Qanim layihənin 3 il içində bitirilməsinin nəzərdə tutulduğunu bildirdi.

Qanim inşa edilməsi planlaşdırılan mərkəzi su təmizləyici kompleksinin hədəf alınmaması ilə əlaqədar təminat verilməsi üçün İsrail ilə əlaqəyə girildiyini, lakin İsrail tərəfindən bir cavab gəlmədiyini də ifadə etdi.

Qəzzanın içməli su sarıdan korluq çəkən 1,8 milyon əhalisi problemi quyu qazmaqla həll etməyə çalışır.

Lakin bölgədəki yeraltı suların 0,96%-nin istifadəyə uyğun olmadığı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr