Bolqarıstan Türkiyəli turistlərə asanlaşdırılmış viza vəd etdi

Bolqarıstanın Turizm Naziri Nikolina Angelkova :"Türkiyəli turistlərə asanlaşdırılmış viza rejimi tətbiq olunacaq" dedi.

394607
Bolqarıstan Türkiyəli turistlərə asanlaşdırılmış viza vəd etdi

Bansko şəhərində turizm sektoru nümayəndələri ilə görüşən Bolqarıstan Turizm Naziri Nikolina Angelkova, qış mövsümündə ən çox turisti Türkiyədən gözlədiklərini qeyd edərək: "Xarici işlər Nazirliyi ilə birgə Türkiyə vətəndaşlarına internet vasitəsilə də viza üçün müraciət etmə imkanı təmin etdik" söylədi.

Bolqarıstan Rusiya bazarındakı durğunluq və siyasi problemlər səbəbindən turist miqdarının azalmasından sonra Türkiyə və Rumıniya kimi alternativlərə üz tutdu.

Turizm Nazirliyinin məlumatlarına görə, yay mövsümündə Bolqarıstanı seçən Türkiyəli turistlərin sayı 40% artıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr