Rusiya sutka ǝrzindǝ Suriyadakı 55 hǝdǝfi bombalayıb

Rusiya Müdafiə Nazirliyinin rǝsmisi İqor Konaşenkov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Suriyada terror tǝşkilatlarına mǝxsus çox sayda hǝdǝf müǝyyǝnlǝşib.

352556
Rusiya sutka ǝrzindǝ Suriyadakı 55 hǝdǝfi bombalayıb

Konaşenkov Su-34, Su-24M və Su-25SMN tipli təyyarələr ilə hǝyata keçirilǝn uçuşların da artdığını vurğulayıb.
Sutka ǝrzindǝ Himeymim Hǝrbi Bazasından 64 uçuş həyata keçirildiyini ifadǝ edǝn Kanaşenkov terror təşkilatlarına mǝxsus 55 hǝdǝfin dağıdıldığını bildirib. Kanaşenkov hǝmçinin hücumlar nǝticǝsindǝ terror tǝşkilatına mǝxsus silah-sursat ambarları, idarǝ mǝrkǝzi vǝ 29 düşǝrqǝ sahǝsinin mǝhv edildiyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr