Yəməndəki toqquşmalar nəticəsində 15 əsgər ölüb

Yəmənin Ədən şəhərində Hüsilər Baş Nazir və Prezident müşaviri Xalid Mahfuz Bahhah və bəzi nazirlərin qaldığı otelə hücum təşkil edib.

388486
Yəməndəki toqquşmalar nəticəsində 15 əsgər ölüb

Hadisə nəticəsində Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiya qüvvələrinə bağlı 15 əsgər həyatını itirib.
Əldə edilən məlumata əsasən hücum nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Baş Nazir və nəzirlərin vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Bahhah və bəzi nazirlər iyulun 17-də Ədən şəhərinin nəzarətini ələ keçirdikdən sonra Səudiyyə Ərəbistanından geri gayıdmışdı.
Digər tərəfdən Marib şəhərində Prezident Hadi tərəfdarı Xalq Müqaviməti Qüvvələri ilə Hüsilər arasında toqquşmalar davam edir.
Xalq Müqaviməti Qüvvələrinin təxminən 50 Hüsi silahlısını əsir aldıqları bildirilir.
Hüsilərin Marab şəhərinin qərbində yerləşən bir hərbi şəhərciyin də nəzarətini itirdikləri iddia edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr