Torpaq sürüşməsi  nəticəsində ölənlərin sayı artmaqda davam edir

Qvatemalada cümə günü baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 130 nəfərə çatıb, 350 nəfər isə itkin düşüb.

387639
Torpaq sürüşməsi  nəticəsində ölənlərin sayı artmaqda davam edir

Zərər görənlərin arasında yaşayanların ola biləcəyinə ümidini kəsən rəsmilər, bundan sonra bölgədəki işlərinə iş maşınları ilə davam edəcəklərini açıqlayıb.
Əldə edilən məlumata görə, təbii fəlakət nəticəsində 125 ev toprağın altında qalıb.
Qeyd edək ki, itkin düşmüş şəxslərin axtarışına qonşu ölkələr də dəstək verir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr