Miqrantların Avropaya axını davam edir

Avropanın bəzi ölkələrində miqrantlara dəstək üçün nümayişlər təşkil edilir.

387629
Miqrantların Avropaya axını davam edir

Qərbi Avropa ölkələrinə daxil olmağa çalışan qaçqınlar, Serbiyadan Xorvatiyaya keçir. Xorvatiyaya daxil olan şəxslərin sayı 100 mini keçib. Xorvatiya Daxili İşlər Nazirliyi, Macarıstanın Serbiya sərhədinə məftilli hasar çəkməsi və sərhəd qapılarını bağlamasından sonra Xorvatiyaya girən miqrantların sayının artdığını açıqlayıb. Qaçqınlar dəniz yolu ilə Yunanıstana sonra isə Makedoniyaya və Serbiyaya keçir.

Bu arada Avropanın bəzi ölkələrində miqrantlara dəstək üçün nümayişlər təşkil edilir. Fransanın paytaxtı Parisdəki nümayişə minlərlə adam qatılıb. Nümayişçilər, sərhədlərin çətin vəziyyətdə olan qaçqınlara açılmasını tələb edir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr