İngiltərədə terror cinayətinə görə məhkum edilənlərin sayı artıb

İngiltərə, Şotlandiya və Uelsdə mart 2014 - mart 2015 dönəmində terror cinayəti ilə əıaqədar nəzarətə alınanların sayı 299-a çatıb.

377646
İngiltərədə terror cinayətinə görə məhkum edilənlərin sayı artıb

 Bu,indiyə qədər olan ən yüksək rəqəmdir.

İngiltərə Daxili İşlər Nazirliyinin yaydığı məlumatlara görə, mart 2014 - mart 2015 dönəmində terrorla əlaqədar cinayətlər üzrə nəzarətə alınanların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31% artıb.

Həmin dövrdə terror  cinayətinə görə həbsə alınan 299 nəfərdən 35-nin qadın olduğu və bunların 8-nin yaşının 18-dən az olduğu vurğulanıb.

Nazirlik terror cinayətkarlığına görə məhkum edilənləri sayını  2001-ci ilin Sentyabr ayından bu yana qeydiyyatını keçirir. Bundan əvvəlki ən yüksək rəqəm 284 olaraq Londonda terror hücumlarının təşkil olunduğu 2005-ci ildə qeyd edilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr