Taxtda  ən uzun ömürlü kraliça

Kraliça II Elizabet Birləşmiş Krallıq taxtında tarix yazacaq

376979
Taxtda  ən uzun ömürlü kraliça

Kraliça II Elizabet Birləşmiş Krallıq taxtında ən uzun müddət hakimiyyətdə olan kraliça olaraq tarix yazacaq.

 89 yaşlı kraliça II Elizabet, kraliça Viktorianın 63 il 7 aylıq rekordunu geridə qoyub.
 Kraliça  Elizabet 1952-ci ildə taxta çıxıb. Kraliça 2-ci Elizabeth taxtda 63 il 216 gününü tamamlayaraq "İngiltərənin ən uzun müddətdǝ  taxtda qalan hökmdarı" adını alıb.
Kral 6-cı Corcun  ölümünün ardından qızı Elizabeth 1952-ci ildə təşkil edilən mərasimlə kraliça adını alaraq İngiltərə taxtına çıxdı.
Bu hadisǝ tarixi bir səltənətin başlanğıcı oldu.
2-ci Elizabeth taxtda 63 il 7 ay qalan böyük nənəsi Kraliça Victorianın rekordunu qırdı.
İngiltərə taxtında ən uzun müddət taxtda qalan hökmdar oldu.
Taxta çıxanda II Elizabetin 26 yaşı olub. Kraliça Viktoria isə 1901-ci ildə 18 yaşında taxta çıxıb. Kraliça Elizabet hakimiyyətdə olduğu müddətdə 12 Amerika prezidenti, 7 Papa və  40-dan çox baş nazir görüb.
89 yaşındakı 2-ci Elizabeth, Səudiyyə Ərəbistanı Kralı Abdullah min Əbdüləzizin ölümündən sonra dünyanın ən yaşlı hökmdarı adına sahibdir.
Müşahidəçilərə görə Kraliçanın taxtdan çəkilmə kimi bir niyyəti yoxdur.
Bu vəziyyətdə taxtın vəliəhdi olan oğlu Şahzadə Charles tacı çox gözləyəcək .
Şəxsi sərvəti 340 milyon sterlinq civarındadır.  Kraliçanın ailəsi, fǝaliyyǝtlǝri , həyat tərzləriylə vǝ eşq mecaraları ilǝ dǝ yad edilir.
Xalqın Prensesi olaraq vǝsf edilǝn Leydi Diananın ölümünün ardından  adı zədələnən Kral ailəsinə maraq , nəvəsi Şahzadə Williamın Kate Middleton ilə evliliyindǝn sonra yenidən artmışdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr