Vatikan keşişlərə abortu əfvetmə səlahiyyəti verdi

Papa Francis dünyanın hər yerindəki katolik keşişlərinə bir il ərzində abort etdirən qadınları əfvetmə səlahiyyəti verib.

373026
Vatikan keşişlərə abortu əfvetmə səlahiyyəti verdi

Abortun lənətlə cəzalandırıldığı Katolik Kilsəsində normal şərtlərdə yalnız yüksək səviyyəli din xadimləri abortu əfvetmə səlahiyyətinə malikdirlər.
Aborta görə əfv Katolik Kilsəsində günahların əfv edildiyi müqəddəs il olan "yubiley ili" çərçivəsində həyata keçiriləcək.
Adi yubileylər 25 ildən bir keçirilir ancaq Papalar bəzən fövqəladə yubiley elan edə bilirlər.
Papa Francis də keçən Mart ayında, 8 Dekabr 2015-20 Noyabr 2016 tarixləri arasını "mərhəmət" mövzulu yubiley ili elan etmişdi.
Abortun böyük bir günah olduğunun qəbul edildiyi Katolik Kilsəsinin aldığı bu qərar, Xristian dünyasında mübahisələrə səbəb olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr