Makedoniya sǝrhǝd qapısını yenidǝn açıb

Gǝrginlik vǝ qarşıdurmalar sǝbǝbi ilǝ ölkǝlǝrini tǝrk edǝn minlǝrlǝ Suriya, Əfqanıstan və İraq vǝtǝndaşı Avropaya axışır.

339751
 Makedoniya sǝrhǝd qapısını yenidǝn açıb

3 gündǝn bǝri Yunanıstan sərhədini bağlayan Makedoniya, immiqrant dalğası qarşında çarǝsiz qaldığı üçün yenidǝn sǝrhǝd qapısını açıb.
Makedoniya-Yunanıstan sərhədində yerlǝşǝn Gevgeli şəhəri, immiqrantların qatar və avtobuslarla Serbiya sərhədindəki Tabanovtseye getmǝlǝri nǝticǝsindǝ boşalıb. Mǝlumata görǝ yalnız bir gündǝ Makedoniyadan Serbiyaya keçǝn minlǝrlǝ immiqrat 3 gün ǝrzindǝ bu ölkǝni tǝrk etmǝk mǝcburiyyǝtindǝdilǝr.
Macarıstan, Şengen ölkəsi olduğu üçün, Serbiyadan Macarıstana keçənlər, Avropa İttifaqı ölkələrindǝ sǝrbǝst gǝzǝ bilirlǝr. Buna görǝ qaçaq immiqrant dalğasının yaxında Almaniya, Fransa kimi ölkələrə çatma ehtimalına qarşı bu ölkǝlǝrin paytaxt şǝhǝrlǝrindǝ tǝdbirlǝr görülür.
Fransa prezidenti Francois Holland (Fransua Oland), Almaniya Kansleri Angela Merkel ilə bir araya gǝlǝrǝk, qaçaq immiqrantları hansı ölkənin nə qədər qəbul edəcəyi mövzusunu müzakirǝ edǝcǝk.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr