Londonda ən məşhur ad Məhəmməddir

İngiltərənin Milli Statistika Ofisi (ONS) 2014-cü ildə 8,6 milyonluq əhalisinin 12 faizini müsəlmanların təşkil etdiyi Londonda yaşayan ailələr tərəfindən oğlan uşaqlarına ən çox seçilən adın Məhəmməd olduğunu bildirib.

332414
Londonda ən məşhur ad Məhəmməddir

  ONS-in illik "İngiltərə və Uels körpə adları" hesabatına görə, Məhəmməd adı fərqli yazılışlarla qeydiyyata düşüb.

  3588 körpəyə verilən Məhəmməd 14-cü, 2536 körpəyə qoyulan Mohammed 27-ci və 1116 körpəyə verilən Mohammad isə 56-cı sırada yerləşir.

  Türkiyədə ən çox seçilən adlardan olan İbrahim isə ilk 100-lüyə girərək siyahıda 91-ci sırada olub.

  ONS-in məlumatlarına görə, 2014-cü ildə Oliver oğlan, Amelia qız uşaqlarına qoyulan ən populyar adların başında gəlib.

  Ərəb qız adı Aişə isə son dövrlər populyarlıq qazanmağa başlayıb, İngiltərə və Uelsdə qız uşaqlarına qoyulan ən məşhur 100 ad siyahısında 18 pillə irəliləyərək ən çox yüksələn ad olub və 75-ci sıraya çıxıb.  

  Qeyd edək ki, paytaxt Londonun 8,6 milyonluq əhalisinin 12 faizini müsəlmanlar təşkil edir. Birləşmiş Krallıqda təxminən 3 milyon müsəlman yaşayır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr