Liviyada baş verǝn qarşıdurmalarda 200 nǝfǝr ölüb

Terror təşkilatı DEAŞ, Liviyada Sirte şǝhǝrinǝ nǝzarǝti ǝlǝ keçirmǝk üçün hücumlarını artırıb.

329170
 Liviyada baş verǝn qarşıdurmalarda 200 nǝfǝr ölüb

Baş verǝn qarşıdurmalarda 200 nǝfǝrdǝn çox ölǝn olduğu bildirilir.
Əldǝ edilǝn mǝlumata görǝ Sirtedǝ 12 nǝfǝri öldürǝn DEAŞ quldurlar hücum etdiklǝri bir xəstəxanada da müalicə olunan 22 xǝstǝni güllǝlǝyiblǝr.
Şəhərdə Çərşənbə axşamı günü başlayan qarşıdurmalar artaraq davam edir.
Liviyanın Fransa səfiri isǝ verdiyi açıqlamada, evlərǝ hücum edǝn terrorçuların hǝr kǝsi öldürdüklǝrini bunun qarşısının alınmaması halında şǝhǝrdǝ qırğın yaşana bilǝcǝyini qeyd edib.
Mǝlumata görǝ Tripoli hökumǝti, DEAŞ mövqelərini bombalayaraq terror təşkilatına qarşı döyüşən qruplara dəstək verir.
Qeyd edǝk ki, Sirte şǝhǝrndǝ qarşıdurmalar, DEAŞ-ın ötǝn hǝftǝ nüfuzlu qəbilə mənsub olan bir mollanı öldürdüyü hadisǝdǝn sonra şiddǝtlǝnib. Liviyalı dini xadimlǝri hǝmin hadisǝdǝn sonra hər kəsi DEAŞ-a qarşı mübarizǝyǝ çağırıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr