Seulda keçirilǝn anım mǝrasimindǝ faciǝli hadisǝlǝr yaranıb
Cǝnubi Koreya Yaponiyanın işğalından xilas olmasının 70-ci ildönümündǝ nümayişlǝrǝ vǝ etiraz aksiyalarına sǝhnǝ olur.
Cǝnubi Koreya Yaponiyanın işğalından xilas olmasının 70-ci ildönümündǝ nümayişlǝrǝ vǝ etiraz aksiyalarına sǝhnǝ olur.
Paytaxt Seulda keçirilǝn anım mǝrasimindǝ faciǝli hadisǝlǝr yaranıb.
Yaponiya Sǝfirliyi qabağında keçirilǝn etiraz aksiyasında özünü yandıran bir şǝxs xǝstǝxanaya yerlǝşdirilib.
1910-cu ildǝ başlayan vǝ 35 il davam edǝn Yaponiyanın işğalı Cǝnubi Koreyada xeyli hǝssas mövzudur. İşğal zamanı 200 minǝ yaxın Cǝnubi koreyalı qadın yapon ǝsgǝrlǝri tǝrǝfindǝn zorlanıb.
Cǝnubi koreyalılar Yaponiya Baş naziri Şinzo Abedǝn İkinci Dünya Müharibǝsi zamanı edilǝnlǝrǝ görǝ üzr istǝmǝsini vǝ tǝzminat verilmǝsini gözlǝyir.
Әlaqәli Xәbәrlәr
![kanadada orman yanğınları nəticəsində həbsxana təxliyə edilib](http://cdn.trt.net.tr/images/medium/rectangle/3c9a/c2e1/d83c/66792654bf44a.jpg?time=1719267218)
kanadada orman yanğınları nəticəsində həbsxana təxliyə edilib
Kot-Nord bölgəsindəki “Port-kartier” yüksək təhlükəsizlikli həbsxana təxliyə edilib