Rǝsmi Vaşinqtonın açıqlaması

Ağ ev Suriyanın şimalının terror tǝşkilatı DEAŞ-dan tǝmizlǝnmǝsi mǝqsǝdilǝ hal-hazırda hǝr hansı bir parametrin müǝyyǝn edilmǝdiyini bildirib.

315840
Rǝsmi Vaşinqtonın açıqlaması

Ağ ev Suriyanın şimalının terror tǝşkilatı DEAŞ-dan tǝmizlǝnmǝsi mǝqsǝdilǝ hal-hazırda hǝr hansı bir parametrin müǝyyǝn edilmǝdiyini bildirib.
“Wall Street Journal” iddia etmişdi ki, Türkiyǝ vǝ ABŞ Suriyanın şimalında qalan hissǝnin DEAŞ-dan tǝmizlǝndiktǝn sonra bu bölgǝdǝn kürd ünsürlǝrin keçmǝsinǝ icazǝ verilmǝmǝsi barǝdǝ hǝmfikir olub.
Bu iddialara dair suallara cavab verǝn Ağ Evin Milli Tǝhlükǝsizlik Şurası sözçüsü Alistair Baskey bildirib ki, sǝrhǝdin DEAŞ-dan tǝmizlǝnmǝsi mǝqsǝdilǝ göstǝrilǝn cǝhdlǝrin detalları barǝdǝ fǝaliyyǝtlǝr davam edir vǝ hazırda hǝr hansı bir plan yoxdur. Atılacaq sonrakı addımlar barǝdǝ iki tǝrǝf arasında fǝaliyyǝtlǝr davam edir, ümumilikdǝ ǝmǝliyyatlara dair detallardan danışmaq olmaz.
Baskey koalisiyanın Suriyanın şimalındakı bölgǝdǝn DEAŞ-ın çıxarılması üçün suriyalı Kürd, Әrǝb vǝ Türkmǝnlǝri ehtiva edǝn DEAŞ-a müxalif qüvvǝlǝrin cǝhdlǝrinǝ dayaq olmaqda davam etdiklǝrini açıq şǝkildǝ ifadǝ etdiklǝrini bildirib. Onun sözlǝrinǝ ǝsasǝn bu çǝrçivǝdǝ koalisiyanın 2200-ǝ yaxın hava zǝrbǝsilǝ dǝstǝk verdiyi DEAŞ ilǝ toqquşan qüvvǝlǝr ölkǝnin şimalında 5400 kilometrlik sahǝni tǝşkilatdan geri qaytarıb. Bu qüvvǝlǝr hǝmin zamanda Kobaninin müdafiǝsi, tǝşkilatın keçǝn ay Tel Abyaddan çıxarılması vǝ Hasekinin terrorçulardan tǝmizlǝnmǝsindǝ rol götürmüşdür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr