Liviyada qarşıdurmalar davam edir

Terror təşkilatı DEAŞ Tiripoli hökümətinin ordusuna məxsus nəzarət məntəqəsinə təşkil etdiyi hücum nəticəsində 5 əsgəri öldürüb, 18-ni isə qirov götürüb.

310165
Liviyada qarşıdurmalar davam edir

Hücumda 5 əsgərin də xəsarət almadan xilas olduğu bildirilir.
Ölkədəki daxili qarışıdurmalarda istifadə edərək fəaliyyətlərini daha da gücləndirən terrorçular Tripoli şəhərindəki Cəmal Abdunnasır bazasına hücum təşkil edib.
Qeyd edək ki, Tripoli  Nümayəndələr Məclisi, şəhərdəki Darusselam otelinə təşkil edilən intihar hücumu səbəbiylə toplantılkarını Cəmal Abdunnasır bazasında təşkil etmişdi.
Digər tərəfdən, Liviyada qəbilələr arasında qarşıdurmalar da davam edir.
Təbuk və Zeviya qəbilələri arasında son bir həftədir davam edən qarşıdurmalarda 11 nəfər ölüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr