Məscidə hücumun qarşısı alınıb..

ABŞ-ın New York ştatında məscidlərdin birinə təşkil olunan hücum planının qarşısı FBI tərəfindən alınıb.

337335
Məscidə hücumun qarşısı alınıb..

Hücum üçün sosial media vasitəsilə tərəfdar toplamağa çalışan Robert Doggart məhkəməyə çıxarılacaq.
Ədliyyə Nazirliyi hadisə ilə əlaqədar yazılı açıqlama verib. Açıqlamada 63 yaşlı Robert Doggartın New York ştatında müsəlmanların yaşadığı İslamberg qəsəbəsindəki məscid, məktəb və kafeteriyaya hücum planlaşdırdığı bildirilir. Məlumata görə şübhəli bilinən Doggartın telefon danışıqlarının dinləmələrindəki qeydlərdə;
"Bu adamlar öldürülməli, evləri yandırılmalı" ifadəsindən istifadə təsbit edilib.
Sosial mediadakı hesabında da buna bənzər paylaşmalar edən Robert Doggartın bu vasitə ilə hərəkətlərinə dəstək axtardığı təyin olunub.
FBI tərəfindən nəzarətə alınan Doggart 30 min dollar pul cəzası ilə sərbəst buraxılıb.
Məhkəməyə çıxarılacaq şübhəlinin günahkar olacağı təqdirdə 10 ilə qədər həbs cəzası alacağı gözlənilir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr