Turisdә fövqәladә vәziyyәt elan edilib

Prezident Sibsi: "ölkədә ciddi terror aktları törәdilir. Radikal qruplaşmaların hәdәlәri hәlә dә davam edir"

332363
Turisdә fövqәladә vәziyyәt elan edilib

Tunis prezidenti Beci Kaid əs-Sibsi Susa şəhərində törədilən terror aktı ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib. Qәrar 30 gün qüvvәdә qalacaq.
Tunis prezidenti Sibsi, televiziya kanalından xalqa müraciәәtindә ölkədә ciddi terror aktlarının törәdildiyini ve radikal qruplaşmaların hәdәlәrinin hәlә dә davam etdiyini, ölkәdә әmin-amanlığın olmadığını xatırladıb vә çox daha ağır tәxribatla qarşı-qarşıya qalmamaq üçün fövqәladә vәziyyәt elan etdiyini vurğulayıb.
Qeyd edәk ki, Tunisin turistik şəhəri Susada 26 İyunda bir otelə təşkil edilən vә 38 nәfәrin hәyatını itirdiyi, 39-nun isә yaralandığı hücuma görә mәsuliyyәti
terror təşkilatı DEAŞ üzәrinә götürüb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr