Kanadada bir həftə əvvəl başlayan meşə yanğınları davam edir

Saskaçuvin (SASKAÇUVIN) əyalətinin şimalında baş verǝn yanğın küləyin də təsiri ilə sürətlə yayılaraq 107 ayrı nöqtəyə sıçrayıb.

331916
Kanadada bir həftə əvvəl başlayan meşə yanğınları davam edir

Kanadada bir həftə əvvəl başlayan meşə yanğınları davam edir.
Saskaçuvin (Saskatchewan) əyalətinin şimalında baş verǝn yanğın küləyin də təsiri ilə sürətlə yayılaraq 107 ayrı nöqtəyə sıçrayıb.
Bölgəyə 600 xilasetmə qrupu cǝlb edilib. Yanğına havadan helikopterlǝr ilǝ dǝ müdaxilə edilib.
Alovlar on minlərlə hektarlıq meşə sahəsini kül edib. Minlərlə adam bölgǝdǝn çıxarılıb.
Azad edilən 5 min bölgə sakini otellər vǝ sığınacaq mǝrkǝzlǝrinǝ yerləşdirilib.
Şimali Saskaçevan, Şimali Alberta və Northwest Bölgəsinə təhdid edən yanğınlar, bölgədə qalın bir duman təbəqəsi yaranmasına sǝbǝb olub.
NASA-nın peykdən yaydığı şǝkillǝr isə təhlükənin hansı sǝviyyǝdǝ olduğunu sübuta yetirib


Etiketlәr:

Әlaqәli Xәbәrlәr