Filippində əza nəticəsində ölənlərin sayı artıb

Axtarış-xilasetmə əməliyyatına gəmi və təyyarələr cəlb olunub

330149
Filippində əza nəticəsində ölənlərin sayı artıb

Filippində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. Bu barədə Filippinin sahil mühafizə xidmətindən bildirilib. Məlumata görə hadisə nəticəsində 134 nəfər xilas olunub, 15 nəfər itkin düşüb. Bütün gecə davam edən axtarış-xilasetmə əməliyyatına Hərbi Dəniz Qüvvələrinin gəmisi və Hərbi-Hava Qüvvələrinin iki təyyarəsi cəlb olunub. Xatırladaq ki, ötən gün Ormok limanından Kamotes adasına üzən sərnişin bərəsi hərəkətə başlayandan 20 dəqiqə sonra batıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr