Avro bölgəsində işsizlik rekord səviyyədə qalmağa davam edir
İşsizlik nisbǝti may ayında da dǝyişymǝyrǝk yüzdə 11,1 oldu
326339
Avro Bölgəsində işsizlik nisbǝti may ayında da dǝyişymǝyrǝk yüzdə 11,1 oldu.
Avropa Statistika Tǝşkilatı açıqladığı məlumatlara görə may ayı işsizlik nisbəti keçən ilin eyni dövrünə görə 22 ölkədə azalıb, 5 ölkədə artarkən Cənubi Kiprdǝ dəyişmədi.
İşsizlik nisbətinin ən aşağı olduğu ölkə yüzdə 4,7 ilə Almaniya olarkən ən yüksək işsizlik nisbəti isə yüzdə 25,6 ilə Yunanıstanda və yüzdə 22,5 ilə də İspaniyada ölçüldü.
Keçən ilin may ayı ilǝ müqayisədə gənc işsiz sayı ABŞ -da 450 min və Avro bölgəsində də 300 min gerilədi.
Söz mövzusu dövrdə ən aşağı gənc işsiz nisbəti 7,1 ilə Almaniyada ölçülürkǝn, ən yüksək gənc işsiz nisbǝti 49,7 ilə Yunanıstanda qeyd edildi.