"Ebola" virusundan ölənlərin sayı 11 200 nəfərə çatıb

Epidemiya başladığı gündǝn Qvineya, Liberiya və Syerra-Leonedə 27 443 yoluxma, 11 207 ölüm halı qeydə alınıb.

318731
 "Ebola" virusundan ölənlərin sayı 11 200 nəfərə çatıb

Dünya Səhiyyə Təşkilatının bu barǝdǝki növbəti açıqlamasına ǝsasǝn, iyunun 16-dan etibarən Qərbi Afrikada 38 nəfər ölümcül virusun qurbanı olub, xəstəliyə 134 yeni yoluxma halları qeydə alınıb.
Epidemiya başladığı gündǝn Qvineya, Liberiya və Syerra-Leonedə 27 443 yoluxma, 11 207 ölüm halı qeydə alınıb. Liberiyada 10 666 yoluxma və 4 806 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, mayın 9-da Dünya Səhiyyə Təşkilatı Liberiyanı virusdan tamamilǝ azad olduğunu elan edib. Lakin Qvineyada və Syerra Leonedə xəstəlik tüğyan etməkdə davam edir. Sierra-Leonedə xəstəliyə 13 059 nəfər yoluxub, 3 928 nəfər ölüb, Qvineyada 3 718 nəfər xəstələnib, 2 473 nəfər həyatını itirib.
Bundan ǝlavǝ Mali, Nigeriya, Seneqal, İspaniya, İngiltǝrǝ və ABŞ-da da Ebola virusuna yoluxma halları qeydə alınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr