Macarıstan Serbiya sərhədini bağlamağa hazırlaşır

Hökumət Serbiya-Macarıstan sərhədinin bağlanılması üçün Daxili İşlər nazirindәn hazırlıq işlәrinә başlamasını istəyib.

308104
Macarıstan Serbiya sərhədini bağlamağa hazırlaşır

Macarıstanın xarici ticarət və xarici işlər naziri Peter Szijjarto hökumətin Serbiya-Macarıstan sərhədinin bağlanılması üçün Daxili İşlər nazirindәn hazırlıq işlәrinә başlamasını istəyib.
Szijjarto bildirib ki, qaçqın problemi Avropa Birliyinin qarşışında duran ən ciddi problemlərdən biridir. Macarıstan Hökuməti daxili işlər nazirinə verdiyi təlimatda 1 həftə içәrisindә Macarıstan-Serb sərhədinin bağlanması üçün lazımi işləri görmәsini istəyib. Bu da təxminən 175 kilometrlik sərhəd xəttindә dörd metrlik yüksəklikdə hasar hörülməsi demәkdir.
Peter Szijjarto Macarıstanın atacağı addımlar haqqında iyul ayının 1-dә keçirilәcәk Macarıstan və Serbiya hökumətləri zirvə toplansında Serb tərəfinə ətraflı məlumatların veriləcəyini söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr