Zoluşka nağılı gerçək oldu

İsveç Kral ailəsinin tək oğlu, İsveç taxtının üçüncü varisi olan 36 yaşlı şahzadə Filip (Philip) və Sofia Stokholm Kral Sarayının kilsəsində təntələli mərasimlə muradlarına çatıblar.

304535
Zoluşka nağılı gerçək oldu

  İsveçli əski model və yoqa müəllimi 30 yaşlı Sofia Hellqvist ağ atlı şahzadəsinə qovuşub.

  Uzun müddətdir mətbuatın maraq dairəsində olan cütlük 5 ildir davam edən əlaqələrini evliliklə sona çatdırıblar.

  Mərasim vaxtı şahzadə gəlinin üzüyünü taxarkən həyəcanlı anlar yaşayıb.

  Kilsədə təşkil olunan nikahdan sonra mahnılarla yola salınan cütlük at arabasıyla Stokholm küçələrinə tökülən isveçliləri salamlayıb, sonra Saray bağçasındakı balkondan xalqa üz tutub.

  Dünyanın dörd bir yanından olan kral ailə üzvləri də toy mərasimində iştirak ediblər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr