Pekində siqaret qadağan edilib

Çinin paytaxtı Pekində bütün məkanlarda siqaret çəkməyin qadağasını nәzәrdә tutan qәrar bu gün qüvvəyə minib

300232
Pekində  siqaret qadağan edilib

Qanuna görə, ofislər, ticarət mərkəzləri, hava limanları, kütləvi nəqliyat vasitələri və avtobus dayanacaqları kimi məkanlarda bundan belə siqaret çəkilmiyəcək.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 300 milyon Çinli tütün məhsulları istifadə edir.
Çində, siqaretə bağlı xəstəliklərdən hər il təxminən 1,3 milyon adam həyatını itirir. Bu sayı ümum Dünyada siqaretdən ölənlərin üçdə birini təşkil edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr