Yəməndə qarşıdurmalar davam edir

Hərbi düşərgəyə təşkil olunan əməliyyatlarda 25 nəfər ölüb, 134-ü yaralanıb.

297527
Yəməndə qarşıdurmalar davam edir

Yəməndə qarşıdurmalar davam edir.
Taizdə prezidenti Hadi tərəfdarı olan Xalq Müqavimət qüvvələrinin təşkil etdiyi hücumlarda 5 husi öldürülüb.
Koalisiya qüvvələrinə aid təyyarələrin hərbi düşərgəyə təşkil etdiyi əməliyyatlarda isə 25 nəfər ölüb, 134-ü yaralanıb.
Səudiyyə Ərəbistanı liderliyindəki beynəlxalq koalisiyaya aid təyyarələr paytaxt Sənadaki Əl-Arkub hərbi düşərgəsinə 3 avia hücum təşkil edib.
Hava hücumunda husilər ilə Saleh tərəfdarlarının nəzarətində olan hərbi düşərgənin məhv edildiyi bildirilir.
Verilən məlumata görə hərbi düşərgədə böyük sursat anbarı var.
Düşərgədə şiddətli partlamaların meydana gəldiyi və ölü sayının arta biləcəyi də qeyd olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr