Ac insan sayı 800 milyonun altına düşdü

FAO-nun hesabatında 9 insandan biri ac

294960
Ac insan sayı 800 milyonun altına düşdü

Ac insan sayı 800 milyonun altına düşdü
Birləşmiş Millətlərin  ərzaq  və kənd təsərrüfatı təşkilatı FAO, dünyadakı ac insan sayının 800 milyonun altına düşdüyünü açıqladı. BMT hesablamalarına görə bugün dünyada 870 milyon

insan aclıqdan əziyyət çəkir.   Kifayət qədər qidalanmama cəmiyyətə çox baha başa gəlir və müxtəlif   formalarda   təzahür etdiyi  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransında elan edilmişdir. 
FAO-nun hesabatında, təxminən hər 9 insandan birinin ac olduğu, ümumi aç sayının 795 milyon nǝfǝr olaraq sayıldığı ifadə edildi.  Hesabatda, bu ədədin 1990-92-ci illər aralığına görə isə 216 milyon daha aşağı olduğu bildirildi.   FAO-nun müşahidə etdiyi 129 ölkədən 72 ölkǝnin, yəni böyük əksəriyyətinin Minilliyin İnkişaf Hǝdǝflǝrini reallaşdırmağı bacardığı ifadə edildi.
FAO baş direktoru Graziano Da Silva, "sıfır aclıq qurşağına" daxil vəziyyətində olduqlarını ifadə edərək, "Minilliyin İnkişaf Hedeflǝrinǝ çatılan müvəffəqiyyət, bizə həqiqətən aclıq hədəfinin ortadan qaldırıla bilǝcǝyini göstərir" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr