Londonda minlərlə taksi sürücüsü yolları bağlayıb

İngiltərənin paytaxtı Londonda taksi sürücüləri müştərilərə daha ucuz qiymət təklif edən lisanssız taksilərin qanuni olmadığı və səfər ödənişlərini doğru hesablamadıqlarına etiraz bildiriblər.

290280
Londonda minlərlə taksi sürücüsü yolları bağlayıb

  Lisenziyaları olmayan taksiləri kifayət qədər nəzarət etmədiyi üçün London Nəqliyyat İdarəsini (TFL) tənqid edən taksi sürücüləri paytaxtın ən böyük avtovağzalı ilə bir çox iş mərkəzinin olduğu Viktoriya (Victoria) xiyabanında maşınlarını çox yavaş sürərək hərəkəti dondurublar.

  İki saatdan çox davam edən etiraz hərəkatı zamanı yollarda tıxaclar yaranıb. Amma nəticədə London Nəqliyyat İdarəsi Londonda xidmət göstərən 100 mindən çox taksi və şəxsi avtomobil sürücüsünə lisenziya verəcəyinə söz verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr