Kolumbiyada mədən faciəsi baş verib

Hadisə nəticəsində 15 mədənçi yerin altında qalıb.

275608
Kolumbiyada mədən faciəsi baş verib

Hadisə nəticəsində 15 mədənçi yerin altında qalıb.
Kolumbiyada qızıl mədənini su basıb. Hadisə nəticəsində yer çöküb, 15 mədənçi yerin altında qalıb. Qəzaya, qazma işləri səbəb olub. Mədənçilərin yerin 27 metr dərinliyində qaldığı bildirilir. Səlahiyyətlilər mədəndə olan suyun boşaldılıb işçiləri xilas etmək üçün aparılacaq işlərin 3 gün davam edə biləcəyini ifadə ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr