Zəlzələ nəticəsində ölənlərin sayı 7 min 500-ü ötüb

Nepalda baş verən gülcü zəlzələ nəticəsində xəsarət alanlar isə təxminən 14 min 500 nəfərdir.

262817
Zəlzələ nəticəsində ölənlərin sayı 7 min 500-ü ötüb

Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən Nepalda baş verən gülcü zəlzələ nəticəsində ölənlərin sayı 7 min 500-ə , xəsarət alanların sayı isə təxminən 14 min 500 nəfərə çatıb.
Ölkə səlahiyyəliləri isə ölü sayının 10 mindən artıq olduğunu açıqlayıb.
Zəlzələ nəticəsində ölkənin tarixi yerlərinə də ciddi ziyan dəyib.
Beynəlxalq yardım təşkilatları, ölkədə epidemiya riskinin artdığına diqqət çəkir.
Qeyd edək ki, Avropa İttifaqı ölkəyə 22 milyon 600 min avro maliyyə yardımı edəcəyini açıqlayıb.
Bunun 16 milyon 600 mini birbaşa hökumətə köçürüləcək , qalan qisim isə humanitar yardımlarda istifadə ediləcək.
Qeyd edək ki, dünyanın ən yoxsul ölkələrindən biri olan Nepalın büdcəsinin dörddə birini beynəlxalq yardımlar təşkil edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr