Nepalda ölənlərin sayı 6000-ə yaxınlaşır

Mütəxəssislər epidemiya təhlükəsi olduğunu bildiriblər

256903
Nepalda ölənlərin sayı 6000-ə yaxınlaşır

Nepalda zəlzələ zamanı həyatını itirənlərin sayı 6 minə yaxınlaşır. Ölkədə yoluxucu xəstəliklərin yayılması təhdidi də artır. Güclü zəlzələdən sonra keçən hər saat ümidlər daha da azalır. Dağıntılar altında qalan yaralıları xilas etmək üçün xilasetmə qrupları zamanla yarışır.
7 mərtəbəli binanın dağıntıları altından xilas edilən 18 yaşlı Pemba Tamang 5 gün ərzində dağıntı altında sağ qalmasının səbəbinin, ümidini itirməməsi olduğunu bildirib.
Şənbə günü baş verən zəlzələdən sonra 70 min ev dağılıb.
İnsanlar yağış səbəbiylə çadır şəhərciklərində qalmaq istəmirlər. 2 milyon yarım əhalisi olan Katmanduda içməli su problemi var.
Mütəxəssislər 48 saat ərzində lazımlı tədbirlərin görülməyəcəyi təqdirdə, 2010-cu ildə baş verən Haiti zəlzələsindən sonra yayılan Kolera epidemiyasına oxşar hər hansı bir epidemiyanın yayılma təhlükəsi olduğunu bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr