Nepalın Baş naziri ölü sayının 10 mini keçəcəyini bildirib
Nepalda 7,8 gücündə olan zəlzələdə ölənlərin sayı bu günə qədər 5 mini keçib.
![Nepalın Baş naziri ölü sayının 10 mini keçəcəyini bildirib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/10-11/Files/UploadedImages/4932867891nepalgelimeler.jpg?time=1718774785)
Bir çox kənd və qəsəbədə 10 mindən çox adamın da yaralandığı zəlzələ yerinə xilasetmə qrupları yolların bağlanması üzündən çata bilmir. Ona görə ölkənin Baş naziri Suşil Koirala ölü sayının 10 mini keçəcəyindən narahatlığını dilə gətirib. Fəlakətin vurduğu ziyanı azaltmaq üçün kifayət qədər avadanlıq və insan gücü olmadığını bildirən Koirala beynəlxalq yardımları da qəbul etdiklərini söyləyib.
Nepalda 3 günlük yas elan edilib.
Paytaxt Katmanduda minlərlə adam gecəni yenə küçələrdə keçirib.
Su, qida və elektrik problemləri şəhərdə epidemiyanın olacağı narahatlığını doğurur.
Axtarış-xilasetmə işlərini axsadan bir əsas problem də axtarış zamanı birdən toprağın sürüşməsidir.
Әlaqәli Xәbәrlәr
![Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir](http://cdn.trt.net.tr/images/medium/rectangle/f927/6685/c0fc/667169b65a2a6.jpg?time=1718774786)
Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib ...