Çernobıl faciəsi qurbanlarının xatirəsi anılıb

Ukraynanın paytaxtı Kiyevdə Çernobıl faciəsi qurbanlarının xatirəsi anılıb.

250754
Çernobıl faciəsi qurbanlarının xatirəsi anılıb

Ukraynanın paytaxtı Kiyevdə Çernobıl faciəsi qurbanlarının xatirəsi anılıb.
Ukraynada faciə qurbanları yad edilib, Çernobıl faciəsi xatirə memorial abidəsi önünə əklillər və gül dəstələri qoyulub.
Qeyd edək ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda yanğın baş verib və alov 3 bloku bürüyüb. Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələr idi. Ümumilikdə faciə zamanı 7000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.
Onu da qeyd edǝk ki, bu faciǝdǝn sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr