Qarşıdurmalarda həyatını itirənlərin sayı artır

Yəməndəki qarşıdurmalarda həyatını itirənlərin sayı artır.

243918
Qarşıdurmalarda həyatını itirənlərin sayı artır

Paytaxt Sənada Husilərə aid bir mərmi bazasının bombalanması nəticəsində 15 nəfər ölüb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin hücumları nəticəsində yaşayış məntəqələri yerlə yeksan olub, yanacaq doldurma məntəqəsində yanğın baş verib. Koalisiyanın sözçüsü general Əhməd əl-asır "Husilərin hava müdafiə etmə sistemlərinin 95-98 faizi məhv edilib. Bu sistemlər daha əvvəl Yəmən ordusunun nəzarətində idi” deyə bildirib.

Husilərin lideri Abdülmelik Əl Husi isə, Yəmən xalqını, koalisiya ölkələrinin hava hücumlarına qarşı müqavimət göstərməyə çağırıb.
Bu arada Yəməndə əməliyyatlar davam etdikcə ölkədə humanitar yardım böhranı yaşanır. Son 3 həftədə minlərlə yəmənli qarşıdurmalardan qaçaraq, qaçqın düşərgələrinə yerləşdirilib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Yəmənin önümüzdəki 3 ay ərzində 274 milyon dollar təcili humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr