İsraildə uşaqlara zülm

İnsan Haqqlarını Qoruma Təşkilatı “fələstinli uşaqların Qərbi Şəriyədə İsrail məskunlaşma düşərgələrindəki fermalarda təhlükəli şərtlərdə və aşağı ödəniş qarşılığında çalışdıqlarını” məlumat verib.

234689
İsraildə uşaqlara zülm

  Təşkilatın 76 səhifəlik hesabatında yazılır ki, “Fələstinli uşaqlar fermalarda böyük hissəsi ixrac edilən kənd məhsulları yetişdirir, toplayır, paketləyir, həddindən artıq az pul alır və bütün bunlarla beynəlxalq standartlar pozulur”.

  Bəzi fermalarda yüksək dərərcəli temperaturlarda 11 yaşlı uşaqlar belə işlədilir.

  Hesabatda o da yazılır ki, “Uşaqlar ağır yüklər daşıyır, əkinçiliklə bağlı dərmanların zərərinə uğrayır, işdən qaynaqlanan xəstəlik və xəsarətlərin müalicəsini isə öz ciblərindən ödəməli olurlar”.

  İnsan Haqqlarını Qoruma Təşkilatı “İsrailin bu məskunlaşma düşərgələrini aradan qaldırmasını, uşaq haqqları və iş hüquqları ilə bağlı beynəlxalq müqavilələrə əməl etməsini və kiçik uşaqların işə alınmasını qadağan etməyin vacibliyini” diqqətə çatdırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr