Qaçqınları daşıyan gəmi batdı

Haitinin şimalında qaçqınları daşıyan gəmi qəzaya uğrayaraq 21 adamın ölümünə səbəb olub, 17 nəfər itkin düşüb.

232660
Qaçqınları daşıyan gəmi batdı

  Haiti Vətəndaşları Mühafizə İdarəsindən verilən məlumata görə, gəmi Turks və Caicos yaxınlarında yerləşən adaya yol alıbmış. Dənizdəki əlverişsiz hava şərtlərilə qarşılaşan gəmi geri dönməyə çalışıb, ancaq Haiti sahillərində batıb.

  Hal-hazırda itkin düşən qaçqınların axtarış işləri davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr