BMT Tǝhlükǝsizlik Şurasının kimyǝvi silahlara dair çağırışı

BMT Tǝhlükǝsizlik Şurası Kimyǝvi Silahların Qadağan edilmǝsi Tǝşkilatına çağırış edib.

224565
BMT Tǝhlükǝsizlik Şurasının kimyǝvi silahlara dair çağırışı

BMT Tǝhlükǝsizlik Şurası Suriyada son vaxtlarda kimyǝvi silahdan istifadǝ edildiyi barǝdǝki iddiaları araşdırmaq mǝqsǝdi ilǝ Kimyǝvi Silahların Qadağan edilmǝsi Tǝşkilatına çağırış edib.
Şuranın sǝdri vǝ İordaniyanın sǝfiri Dina Kavar, BMT-nin Tǝrki-silah İşlǝri üzrǝ nümayǝndǝsi Angela Kanenin şura üzvlǝrinǝ verdiyi brifinqdǝn sonra yayımladığı açıqlamada bildirib ki, üzv ölkǝlǝrdǝn bǝzilǝri suriyalı müxalifǝtin son hǝftǝlǝrdǝ Әsǝd rejiminǝ mǝxsus helikopterlǝrdǝn ölkǝnin şimal-qǝrbindǝki İdlibǝ tǝrkibindǝ xlorin qazı olan bombalarda hücum etdiyinǝ dair verdiyi xǝbǝrlǝrdǝn naharatam.
Kavar bu iddiaların Kimyǝvi Silahların Qadağan edilmǝsi Tǝşkilatı tǝrǝfindǝn araşdırılmasını istǝyib.
Qeyd edǝk ki, Suriyada keçǝn ayın axırında rejim qüvvǝlǝrinǝ mǝxsus helikopterlerdǝn İdlib şǝhǝrinin Binniş qǝsǝbǝsinǝ “xlorin qazlı” bomba atıldığı qazdan tǝsirlǝnǝn çoxlu sayda nǝfǝrin sǝhra xǝstǝxanasına yerlǝşdirildiyi açıqlanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr