Pilotlar xilas edilib

ABŞ, Әdǝn Körfǝzi üzǝrindǝ döyüş tǝyyarǝsindǝn tullanan Sǝudiyǝ Әrǝbistanlı iki pilotu xilas etdiklǝrini açıqlayıb.

284862
Pilotlar xilas edilib

ABŞ, Әdǝn Körfǝzi üzǝrindǝ döyüş tǝyyarǝsindǝn tullanan Sǝudiyǝ Әrǝbistanlı iki pilotu xilas etdiklǝrini açıqlayıb.
Sǝudiyǝ Әrǝbistanının çağırışına görǝ Cibutidǝn helikopter göndǝrdiklǝrini bildirǝn Amerika ordusu, Sǝudiyǝ Әrǝistanlı iki pilotun beynǝlxalq sahili sularda xilas edildiyini açıqlayıb.
Pilotların sǝhhǝtlǝrinin yaxşı olduğu ifadǝ ǝdilib.
Pilotların içindǝ olduğu F-15 döyüş tǝyyarǝsinin Yǝmǝnǝ hücum edǝn tǝyyarǝlǝr arasında olub olmadığı haqqında isǝ açıqlama verilmǝyib.
Pilotların “texniki bir problemǝ” görǝ tǝyyarǝni tǝrk etdiklǝri bildirilib.
Sǝudiyǝ Әrǝbistanı kralı Sǝlman, telefonla danışdığı ABŞ prezidenti Barak Obamaya tǝşǝkkür edib.
Görüşdǝ Yǝmǝndǝki vǝziyyǝtdǝn dǝ danışıldığı vurğulanıb.
Obama, Sǝudiyǝ Әrǝbistanı başçılığındakı koalisiyanın Yǝmǝn prezidenti Abdurabbu Mǝnsur Hadinin istǝyinǝ görǝ başlatdığı ǝmǝliyyata ölkǝsinin dǝstǝyini dilǝ gǝtirib.
Obama ayrıca Vaşinqtonun Sǝudiyǝ Әrǝbistanının tǝhlükǝsizliyinǝ dair verdiyi sözǝ dǝ diqqǝt çǝkib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr