Ukraynada qarşıdurmalar davam edir

Ukraynanın şərqində qarşıdurmalar ötәn ay qüvvəyə minәn atəşkəs sazişinә baxmayaraq davam edir.

268117
Ukraynada  qarşıdurmalar davam  edir

Ukraynanın şərqində qarşıdurmalar ötәn ay qüvvəyə minәn atəşkəs sazişinә baxmayaraq davam edir. Tәrәflәr arasındakı qarşıdurmalarda Rusiya tәrәfdaşları və Ukrayna ordusundan ölәnlәr olub.
Hava limanı yaxınlığındakı kəndlər yerlә yeksan olarkәn, Ukrayna ordusunun sanksiyaları sәbәbiylә şəhərdə gida tәmin etmәkdә çətinlik çәkilir. Əsgərlər isә , qida yüklü maşınların şəhərә girişinə icazə vermirlәr.

Kənd sakinlәri dağıntıların arasında hәyatda qalmaq üçün mübarizә edәrkәn, Rusiya tәrәfdaşı döyüşçülәr ilә Ukrayna əsgərləri bir-birlərini atəşkəsi pozmaqda ittiham edirlәr.
Digər tərəfdən Ukrayna hökuməti, Minsk razılaşmasına әsasәn Parlamentə, Rusiya tərəfdarlarının olduğu bölgələrə daha әhatәli muxtariyyət nəzərdə tutan bir sıra qanun layihəsi təqdim edib.
Layihələr Donetsk və Luqanska xüsusi statusun verilmәsi, və Rusiya ilə əməkdaşlığın güclәndirilmәsini dә nәzәrdә tutur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr