Almaniyada aksiyalar keçirilir

Almaniyada fәrqli qruplaşmalar aksiyalar keçiriblәr

264064
Almaniyada aksiyalar keçirilir

Almaniyada fәrqli qruplaşmalar tәrәfindәn eyni vaxtda aksiyalar keçirilib.
Almaniyanın Wuppertal şəhərində İslam və immiqrant əleyhdarı, "Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar" (PEGIDA) hərəkəti və Sәlәfilәr istisna olmamaqla beş fərqli qrup, eyni vaxtda nümayişlər təşkil edib.
Sәlәfilәrin inancları səbəbiylə həbs olunan Müsəlmanlara dәstәk nümayişi tәşkil etmәlәrinә etiraz edən PEGIDA hərəkəti dә aksiya keçirib. Polis, aktivistlər arasından üzü maskalı bir qrupun özlәrinә şüşə atması sәbәbindәn nümayişә son qoyub. Xarici düşmənliyi ehtiva edən şüarların sәslәndirildiyi nümayişə PEGIDA-nın qurucusu Lutz Bachmann da qatılıb.
Digər tərəfdən aksiyaçı qrupların qarşı-qarşıya gәlmәlәrinin vә ehtimal olunan şiddət hadisələrinin yaşanmasının qarşısını almaq üçün sıx təhlükəsizlik tədbirləri görülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr