Meksikada 5 ay əvvəl itən 43 tələbənin ailəsi nümayişə çıxıb

Yüzlərlə insan televiziya binası qarşısında şüarlar deyib

257966
Meksikada 5 ay əvvəl itən 43 tələbənin ailəsi nümayişə çıxıb


Meksikada 5 ay əvvəl itən 43 tələbənin ailəsi ölkənin ən böyük televiziya kanalının qarşısında nümayişə çıxıb.

Dərdli ailələr və onlara dəstək verən yüzlərlə insan televiziya binası qarşısında şüarlar deyib, etdikləri mübarizənin media tərəfindən kifayət qədər işıqlandırılmadığından şikayətləniblər.

Xatırladaq ki, hadisəylə bağlı istintaqın sonunda tələbələrin hamısının mafiya tərəfindən öldürüldüyü bəlli olmuş, amma çoxunun cəsədi tapılmamışdı.

Amerika tərəfindən qurulan komissiya itkin tələbələrin aqibətini araşdırmaq üçün yenidən istintaq işi açdıracaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr