Qırğın və işgəncələr edən "peşman" olub

Qırğın və işgəncələr edən “peşman” olub

203146
Qırğın və işgəncələr edən "peşman" olub

 Cənubi Afrikada irqçi apartayt (apartheid) rejimi dövründə bir çox qırğın və işgəncələrə əl atan Yujin de Kok (Eugene də Kock) bağışlanıb. 

  Kok afrikalı zəncilərin qiyamına qarşı 1980-1990-cı illərdə qurulan milis qüvvələrinin komandiri idi.

  20 il paytaxt Pretorya (Pretoria) həbsxanasında məhbus olan Kok etdiklərinə görə "peşman" olduğunu və qətl edilən insanların cəsədlərinin tapılmasına kömək edəcəyini bildirib.

  Qeyd edək ki, 60 yaşlı Yujin Kok 1994-ci ildə Nelson Mandelanın vəzifəyə gəlməsiylə həbs olunmuş, cinayət, adam qaçırma, işgəncə və saxtakarlıq maddələrilə 212 il azadlıqdan məhrum edilmişdi.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr