Səudiyyə Ərəbistanın kralı Abdullah Bin Əbdüləziz dəfn edilib

Səudiyyə Ərəbistanında 91 yaşında vəfat edən Kral Abdullah Bin Əbdüləziz Es Səud, Riyadda təşkil edilən mərasimlə dəfn edilib.

195921
 Səudiyyə Ərəbistanın kralı Abdullah Bin Əbdüləziz dəfn edilib

Səudiyyə Ərəbistanında 91 yaşında vəfat edən Kral Abdullah Bin Əbdüləziz Es Səud, Riyadda təşkil edilən mərasimlə dəfn edilib.
Türkiyəni, cənazə mərasimində prezident Rəcəb Tayyib Ərdoğan təmsil edib.
Cənazə mərasimində, Körfəz ölkələrinin liderləri və Pakistan Dövlət Başçısı Navaz Şərif də iştirak edib.
Səudiyyə Ərəbistanı ənənələrinə görə, Kral Abdullahın cənazəsi, adsız bir məzara defn edilib, ölkədə matəm elan edilməyib və bayraqlar yarıya endirilməyib.
Kral Salman isə özündən sonra taxta 70 yaşındakı qardaşı Mukrinin oturacağını açıqlayıb.
Milli kəşfiyyatın keçmiş rəsmisi Şahzadə Mukrin, kral ailəsinin ən gənc və ən liberal üzvü olaraq bilinir və əsl islahatları onun reallaşdıracağı barədə fikirlər irəli sürülür.
Kral Səlman, vəliəhd Şahzadə Mukrinə müavin olaraq daxili işlər naziri Məhəmməd bin Nayefi təyin edərək, ilk dəfə üçüncü nəsildən birisini taxtın varisləri arasına daxil edib.
Üçüncü nəsildən hakimiyyətə gəlməyi arzu edən yüzlərlə şahzadə var.
Oğlunu müdafiə naziri olaraq təyin edən Kral Salman, digər nazirləri isə dəyişməyəciyini vurğulayıb.
Kral Salman, xalqa kral olaraq etdiyi ilk çıxışında, islam ölkələri arasında sülh və həmrəylik çağırışı edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr