"NSU" üzvlǝrinin istintaq edildiyi mǝhkǝmǝ prosesi davam edir

Münhen Ali Әyalǝt mǝhkǝmǝsindǝ ötǝn gün, 10 il ǝvvǝl Köln Keup prospektindǝ hǝyata keçirilǝn bombalı hücumda yaralanan şahidlǝr ifadǝ veriblǝr.

192177
"NSU" üzvlǝrinin istintaq edildiyi mǝhkǝmǝ prosesi davam edir

Almaniyada 8-i Türk olmaqla 10 nǝfǝri vǝhşicǝsinǝ qǝtlǝ yetirmǝkdǝ ittiham edilǝn Nasional Sosialist Yeraltı terror tǝşkilatı “NSU” üzvlǝrinin istintaq edildiyi mǝhkǝmǝ prosesi davam edir.

Münhen Ali Әyalǝt mǝhkǝmǝsindǝ ötǝn gün, 10 il ǝvvǝl Köln Keup prospektindǝ hǝyata keçirilǝn bombalı hücumda yaralanan şahidlǝr ifadǝ veriblǝr.
Qeyd edǝk ki, 2004-cü il iyunun 9-da ümumilikdǝ Türklǝrin vǝ digǝr miqrantların da yaşadığı Kölndǝ Keup prospektindǝki bombalı hücumda 22 nǝfǝr yaralanmışdı.
“NSU” terror tǝşkilatının törǝtdiyi qǝtl hadisǝlǝrinin işıqlandırılmasını istǝyǝn bir qrup, Münhendǝ Әyalǝt Mǝhkǝmǝsinin önündǝ toplaşıb.
Qrup nümayişdǝ terror tǝşkilatının arxasında kǝşfiyyat idarǝsinin ǝmǝkdaşlarının olub-olmadığına dair iddiaların ortaya çıxarılmasını istǝyiblǝr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr