Rusiyaya təzyiqlər artır
Avropa Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır
265093
Avropa Parlamentinin deputatları Avropa Şurasını rəsmi Moskvaya qarşı münasibətdə daha məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb. Qeyd olunub ki, bu, Ukrayna böhranının nizamlanmasında irəliləyişin olmasına zəmin yarada bilər.
Avropa Parlamentinin sessiyasında Ukraynadakı vəziyyətə dair qətnamə qəbul edilib. Sənəddə bildirilir ki, sanksiyalar enerji və maliyyə sektorlarına təsir göstərə bilər.
Buna cavab olaraq isə Rusiya ABŞ, AB üzvü olan ölkələr, Kanada, Avstraliya və Norveçdən müəyyən kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırıb. Bununla yanaşı, bəzi Avropa vətəndaşlarının Rusiyaya girişinə qadağa qoyulub.