Fransadakı terror hadisәlәrindәn әn çox müsәlmanlar tәsirlәnir

Fransada yaşayan müsәlmanlar, Charlie Hebdo jurnal ilә sahibi Yəhudi olan bir super marketә təşkil edilən hücumları lәnәtlәyirlәr.

180706
Fransadakı terror hadisәlәrindәn әn çox müsәlmanlar tәsirlәnir

Fransada yaşayan müsәlmanlar, Charlie Hebdo jurnal ilә sahibi Yəhudi olan bir super marketә təşkil edilən hücumları lәnәtlәyirblәr.
İslamın sülh dini olduğunu sәslәndirәn Fransadakı müsəlmanlar, “belә hadisәlәr törәtmәk İslam vә İslam qaydalarına ziddir” deyiblәr.
Digәr tәrәfdәn ölkәdә terror həyəcanı ən yüksək səviyyәyә çıxarılıb.
Paytaxt Parisdə gecə yarısında belә hər nöqtədə onlarla polisi görmək mümkündür. Bir çox mәhәllә isә yol get-gәlinә bağlanıb.
Fransalıları terror qədər narahat edən başqa mövzu ölkәnin iqtisadi mövqeyidir. Ölkәdә işsizlərin sayı hәr ötәn gün artır.
Təxminən 7 milyon müsəlmanın yaşadığı Fransada son illərdə iqtisadi böhranın da təsiriylə irqçi və immiqrant əleyhdarı partiyaların sәslәrindә böyük nisbәtdә artım müşahidə olunur.
Terror hadisәlәri sәbәbiylә ölkədə hökm sürәn İslamofobiyanın güclәnә bilәcәyindәn tәşviş duyan Fransadakı Müsəlmanlar, ölkәdә cinayәtkar olaraq görünmәkdәn narahat olduqlarını hәr platformada sәslәndirirlәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr