Liderlәrin Milad bayramı tәbriklyәri

Prezident : "Qarşılıqlı hörmət çәrçivәsindә gәlәcәyimizi birlikdә inşa etməkdә davam edəcəyik".

159273
Liderlәrin Milad bayramı tәbriklyәri

Dövlət rәsmilәri, Xristianların Milad bayramını tәbrik ediblәr.
Tәbrik mesajında "Qarşılıqlı hörmət çәrçivәsindә gәlәcәyimizi birlikdә inşa etməkdә davam edəcəyik" deyәn Prezident Rəcəb Tayyib Ərdoğan, “Türkiyə zülm və təzyiqdən qaçan hər kəs üçün etibarlı limandır. Bütün vətəndaşları, gәlәcәk istiqamәtindi ümidvarlıqla addımlayaraq, sülh, dinclik və güvəndә yaşayan bir ölkәdir” deyә vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də mesajında "Bu mənalı günün hamımızın ehtiyac duyduğu sülh çәrçivәsindә birlikdə yaşamaq mədəniyyətinə öz tәsirini bağışlamasını dilәyirәm” deyib.
Baş nazir Əhməd Davudoğlu mesajında bildirib ki, Türkiyədə əsrlər boyunca fərqli inanclara mәnsub qruplar xüsusi günlərini və bayramlarını bərabər qeyd edirlәr. İnsanlar arasındakı әlaqәlәri güclәndirәn ənənələr bundan sonra da eyni coşğuyla yaşanmalıdır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr